EN

“Putin qalib olmayacaq!” dedi, Zaxarova özündən çıxdı

Moskva Böyük Britaniyanın müdafiə naziri Con Healeyin Rusiya Prezidenti Vladimir Putinə müraciətinə reaksiya verib.

Olaylar.az xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

"Hesab edirəm ki, bu, özünü qınayan ifadələrdir. Dediyimiz kimi, oğrunun papağı yanır. Məncə, rəsmi London əməlini, yəni işlətdiyi cinayəti etiraf edir. Bu sözü işlətməkdən qorxmuram", - deyə diplomat bildirib.

Zaxarova xatırladıb ki, Böyük Britaniya, xüsusən də keçmiş baş nazir Boris Conson Ukraynaya sülh yolu ilə həll etmək şansı verməyib:

"Onlar Kiyev rejimini sülh danışıqlarında iştirakdan çəkindirmək üçün Prezident Volodimir Zelenski ilə birlikdə çalışdı. Görünür, indiki də çarəsizlik qışqırtısıdır: bu, özlərini sübut etmək, bəlkə də qorxutmaq cəhdidir".

Xatırladaq ki, bundan əvvəl Con Healey Putini sülhə çağırmışdı. "Bu gün Liverpuldan Moskvaya mesajımız budur: Prezident Putin, siz qalib olmayacaqsınız. Danışıqlara başlayın. Sülh edin", - deyə o bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources