EN

NASA Ayda kənd salmaq istəyir

ain.az bildirir, Yeniavaz portalına istinadən.

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd salmaq niyyətindədir.

Yeniavaz.com “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, bu barədə NASA rəhbərinin səlahiyyətlərini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində danışıb.

O, qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, bütöv bir kənd salmaq istəyir.

Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.

Həmçinin, kəndin nüvə enerjisi ilə təchiz ediləcəyi, daimi olaraq astronavtları qəbul edəcəyi və Ay səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.

NASA rəsmisi əlavə edib ki, NASA Ayda kənd saldıqdan sonra Marsa eniş istiqamətində sıçrayışlarla irəliləməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
yeniavaz.com

10Sources