EN

Bakıdakı tıxaclar təqdim olunan qədər faciəvi deyil - Deputat

Bakıda ciddi nəqliyyat və yol problemi müşahidə olunmur, lakin müəyyən dar boğazlar tıxacların əsas səbəblərindəndir. Bunu sentyabrın 30-da Milli Məclisin payız sessiyasında deputat Hikmət Məmmədov deyib. 

Onun sözlərinə görə, paytaxtda “butulka effekti” yaradan əsas nöqtələr 20 Yanvar dairəsi, Babək prospektindən Heydər Əliyev prospektinə dönən yol və Koroğlu körpüsünün ətrafıdır.

“Bu ünvanlarda nəqliyyatın təşkili həyata keçirilsə, vəziyyət xeyli yaxşılaşar. Proesə xüsusi ekspertlərin cəlb olunması vacibdir. Ümumilikdə isə düşünürəm ki, Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil,” –  Məmmədov vurğulayıb.

Gülnar Nazimqızı 

Chosen
27
anews.az

1Sources