EN

Rövşən Nəcəf Ayxan Abbasovla görüşüb

Rövşən

Bu gün AFFA prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi təyin oldunduğu haqda xəbərlər yayılan Ayxan Abbasovla görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Qeyd edək ki, Ayxan Abbasovun A milliyə mümkün təyinatına dair xəbərlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Chosen
12
49
reyting.az

10Sources