EN

Mən halallıq vermirəm Çəkilişə icazə vermədi VİDEO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanovun nəşi Əbu-bəkr məscidinə gətirilib.

Milli.Az xəbər verir ki, aktyorun qardaşı Tahir imanov mərhum qardaşının cənazə namazında media nümayəndələrinin çəkilişinə icazə verməyib.

Əməkdar artist jurnalistlərə üzünü tutaraq bunları deyib:

"Hamınızdan Allah rzası üçün xahiş edirəm, zəhmət olmasa çəkilişləri dayandırın. Siz buradan çıxmayınca, mən cənazəni çıxarmayacağam. Çəkilişləri dayandırın, hər şey dinimizə uyğun olsun. Bunlar dinimizə uyğun deyil. Mən halallıq vermirəm. Cabirin ailəsi halallıq vermir. Kim namaz qılmaq istəyir, qala bilər", - deyə, İmanov bildirib.

Media nümayəndələri onun istəyini yerinə yetiriblər.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
9
news.milli.az

10Sources