EN

Türkiyə “Sumud Qlobal” donanmasına qida və təchizat TƏDARÜK ETDİ – VİDEO

Türkiyə “Sumud Qlobal” donanmasına qida və təchizat tədarük edib.

İnterpress.az xəbər verir ki,bu barədə Türkiyə KİV məlumat yayıb. Türk Qızıl Aypara Cəmiyyəti Sumud Qlobal Donanmasına ərzaq və zəruri ləvazimatlar bağışlayıb.

Gəmilər anklav sakinlərinə yardım çatdırmaq üçün Qəzzaya yollanır.

Konvoy İsrailin blokadasını yarmaq və hazırda mühasirədə olan Qəzzada qapalı qalanlara həyati əhəmiyyətli ləvazimatları çatdırmaq niyyətindədir.

Bazar ertəsi səhər saatlarında Türkiyə göyərtədə suyun dolması ilə əlaqədar qəza siqnalı verən “Johnny M “flotiliya gəmisindən sərnişinlərin təxliyyəsini təşkil edib.

“Sumud” donanması bir neçə gündür Qəzzaya gedən onlarla gəmidən ibarətdir.

Göyərtədə humanitar yardımın, ilk növbədə tibbi ləvazimatların böyük partiyaları var. Bu, Qəzza zolağına göndərilən ən böyük missiyadır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
8
interpress.az

1Sources