Səngəçal terminalı "bp" üçün çox önəmlidir, çünki bütün neft və qaz istehsalımız buradan müştərilərə ötürülür.
Day.Az xəbər verir ki, bunu "bp Azərbaycan"nın Əməliyyatlar üzrə vitse-prezidenti Stüart Şou Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
O xatırladıb ki, bu obyekt artıq 30 ilə yaxındır fəaliyyət göstərir. Stüart Şou eyd edib ki, "bp" Səngəçal terminalını elektrikləşdirir.
"bp" rəsmisi həmçinin Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji layihələri üzrə görülən işlərdən də danışıb:
"Bu ərazilərdə günəş elektrik stansiyası tikirik və bunu kommersiya müqaviləsi ilə "bp" yə "AzərEnerji" ASC vasitəsilə elektrik enerjisi satıb almaq imkanına çeviririk. Bu yanaşma əməliyyatları fərqli şəkildə inkişaf etdirməyin nümunəsidir və gələcəkdə digər əməliyyatlarımızı da eyni şəkildə optimallaşdırmaq üçün ilham verir. Tərəfdaşlıq və əməkdaşlıq əsasdır və müxtəlif formalarda həyata keçirilir".