Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovla vida mərasiminə əklil göndərib.
News24.az xəbər verir ki, Cabir İmanovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçirilir.
Qeyd edək ki, ötən gün 49 yaşında vəfat edən Cabir İmanov Yasamaldakı “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.