EN

Deyirdi ki, sirrim idmandır

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əməkdar artist Ədalət Şükürov ötən gün dünyasını dəyişən Əməkdar artist Cabir İmanovla bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran müğənni onunla bir neçə gün əvvəl görüşdüklərini deyib:

"Səkkiz gün əvvəl Cabirlə bir yerdə məclisdə idik. Mən oxudum, o, rəqs etdi. O qədər güldük ki... Nə bilərdik belə bir şey olacaq. Həmişə idman edirdi. Düşünmürəm ki, bu hadisə idman etdiyi üçün baş verdi. Cabir həmişə formada olub. Sonuncu dəfə də yaxşı arıqlamışdı, kostyum çox yaxşı yaraşırdı".

***

Xalq artisti Natiq Şirinov C.İmanovla bağlı "Çox yaxın dost idik. Xalqını, sənətini sevən idi. Belələrini itirəndə insan çox pis olur. Əsas şərəfli, hörmətli olmaqdır" açıqlamasını verib.

***

"Bu gün tək vida mərasiminə gələnlər yox, ekran qarşısındakılar da üzülür. Çünki sənət sahəsində çalışan, sevilən, gözəl sənətkarı cavan çağında itirdik. 49 yaş nədir ki... Bu yaşda həyatı başa düşürsən, sənə yeni enerji gəlir. Onun qəfl ölümü hamını kədərləndirdi" deyə, Xalq artisti Valeh Kərimov bildirib. 

***

"Səhhəti ilə bağlı nəsə şikayəti olduğunu eşitməmişəm. Əksinə özünə baxırdı. Hətta günü-gündən ona deyirdim ki, yaxşı olmusan, bunun sirrini bizə də de. Deyirdi ki, sirrim yalnız idmandır. Hər gün idman edir, özünə baxırdı, yeməyinə diqqət edirdi. Dəhşətdir" deyə, müğənni Zamiq Hüseynov bildirib.

"Səhhəti ilə bağlı nəsə şikayəti olduğunu eşitməmişəm. Əksinə özünə baxırdı. Hətta günü-gündən ona deyirdim ki, yaxşı olmusan, bunun sirrini bizə də de. Deyirdi ki, sirrim yalnız idmandır. Hər gün idman edir, özünə baxırdı, yeməyinə diqqət edirdi. Dəhşətdir".

Qeyd edək ki, C.İmanov 49 yaşında infarktan dünyasını dəyişib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
axsam.az

1Sources