EN

Puqaçova Rusiyada 200-ə yaxın mahnının müəllifi olaraq qalır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur rusiyalı müğənni Alla Puqaçova Rusiyada 200-ə yaxın mahnının müəllif hüququnun sahibi olaraq qalır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" rusiyalı müəllif hüquqları sahiblərinin əsərlərinin reyestrinə istinadən məlumat verib.
Məlumata görə, Alla Puqaçovanın yaradıcılıq irsinə müəllifi olduğu 40-dan çox mahnı, 146 bəstəkar işi və həm söz müəllifi, həm də bəstəkarı olduğu 22 əsər daxildir.
Qeyd edək ki, Rusiyada müəllif hüquqlarının qorunması ilə Rusiya Müəlliflər Cəmiyyəti məşğul olur. Əgər kimsə Primadonnanın mahnılarını açıq şəkildə ifa etmək istəyərsə, cəmiyyətə qonorar ödəməlidir, daha sonra isə cəmiyyət pulu müəllif hüququ sahibinə köçürəcək.
Chosen
63
50
oxu.az

10Sources