EN

Cabir İmanovla VİDA mərasimi keçirilir – VİDEO

Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, mərasim Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində baş tutur.

Mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, Əməkdar artist Cabir İmanov dünən paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.


Elcan Bəşirli, Bizim.Media

Chosen
10
22
bizim.media

9Sources