EN

"Qarabağ" klubu "Kopenhagen"lə oyuna bir gün qalmış azarkeşlərə müraciət etdi

"Oktyabrın 1-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq".

Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ" Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat (120 dəqiqə) qalmış açılacaq.

Poliqon.info

Chosen
38
41
poliqon.info

10Sources