Bu gün çox ağır gündür.
Bunu Trend-ə açıqlamasında "Space" televiziyasının baş direktoru "Parni iz Baku" KVN komandasının keçmiş üzvü Vado Karovin deyib.
O qeyd edib ki, Cabirin ölüm xəbərini eşidəndən özümüzə gələ bilmirik.
"Dünəndən hamı kədər içindədir. Mən onun haqqında mənfi bir söz eşitmədim. Cabir gözəl insan və sənətkar idi", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sevilən aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü - XX əsrin çempionu, KVN Teatrı "Planet Bakı oğlanları"nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər Nazirliyinin polkovniki Cabir İmanov dünən vəfat edib.