EN

“F 35 lərlə bağlı razılıq Türkiyənin hərbi üstünlüyünü artıracaq” POLİTOLOQ ŞƏRH ETDİ

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə müdafiə sənayesi, xüsusilə F-35 proqramı əsas müzakirə mövzularından olub. Ərdoğanın sözlərinə görə, yaxın günlərdə F-35-lərlə bağlı müsbət qərar verilə bilər.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Turan Rzayev bildirib ki, Türkiyənin F-35 proqramından çıxarılması ədalətsiz bir qərar idi.

“Türkiyənin bu məsələdə ABŞ-a qarşı etiraz etməsi və münasibətlərdə yaranan problemlər başa düşüləndir və haqlı bir reaksiyadır. F-35-lərlə bağlı razılığın yenidən əldə olunması və müsbət siqnalların gəlməsi Türkiyənin müdafiə sahəsindəki hərbi üstünlüyünü artıracaq.

Bununla paralel olaraq, regional təhlükəsizlik, Türkiyənin maraqları və ordunun güclənməsi baxımından da müsbət təsirlər olacaq. Əslində, Tramp ilə bu məsələlərdə anlaşma mümkündür”.

O, bildirib ki, F-35 proqramı ilə bağlı anlaşma zamanı iki əsas maneə mövcuddur:

“Birincisi, Konqresin məsələyə münasibəti çox önəmlidir, çünki İsrail faktiki olaraq Türkiyənin qarşısını almağa çalışacaq. İkincisi, İsrail birbaşa müdaxilə etməyə cəhd göstərə bilər, çünki F-35-lərin Türkiyəyə verilməsi İsrail üçün ciddi təhlükə kimi qiymətləndirilir.

Prinsip etibarilə, razılıq əldə olunsa, Türkiyə üçün çox müsbət tərəflər olacaq. Amma razılaşmanın əldə edilməməsi və ya pozulması halında İsrail aktiv rol oynayacaq. Trampın hakimiyyəti dövrünün sonuna qədər məsələ həllini tapsa belə, onun sonrası hakimiyyət dəyişərsə, problem yenidən aktuallaşa bilər”.

Politoloq əlavə edib ki, Tramp Türkiyəyə və Ərdoğana xüsusi önəm verir:

“Tramp kimi liderlər bir-biriləri ilə yaxşı anlaşa bilirlər. Bu səbəbdən Türkiyənin regional varlığı və əhəmiyyəti Tramp tərəfindən düzgün qiymətləndirilir. Məsələn, o, regional güclərin hərbi varlığını artırmasını təşviq edir; Avropadan Amerika qüvvələrinin tədricən azalması əvəzində Avropa dövlətlərinin öz hərbi varlığını gücləndirməsini təklif etməsi buna nümunədir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
icma.az

1Sources