EN

Həkim diabetin ilkin əlamətlərini açıqladı

Endokrinoloq və Klinik Laboratoriya Diaqnostikası kafedrasının dosenti Natalia Balaşova bildirib ki, prediabetin ilkin əlamətləri arasında cüzi çəki artımı, artan susuzluq və ağız quruluğu ola bilər.

E-saglam.az xəbər verir ki, məlumat Pravda.Ru-ya Vladimirski Moskva Regional Elmi Tədqiqat İnstitutundan (MONIKI) verilib.

Balaşova qeyd edib ki, bu xəstəlik gizli inkişaf edə bilər və incə simptomları səbəbindən laboratoriya müayinəsi olmadan diaqnoz qoymaq çətindir. O, həmçinin irsiyyətin və həyat tərzinin diabetin inkişafına təsir etdiyini vurğulayıb:

“Yaxın qohumunda 2-ci tip şəkərli diabet varsa, xəstəliyin inkişaf riski 50%-ə çata bilər. Xəstəliyi gecikdirmək və ya qarşısını almaq üçün fiziki aktivliyi saxlamaq, çəkiyə nəzarət etmək, yağlı, şirin və nişastalı qidaların qəbulunu məhdudlaşdırmaq, illik müayinələrdən keçmək və qanda qlükoza səviyyəsini izləmək vacibdir”, – deyə Balaşova əlavə edib.

Dietoloq və tibb həkimi Elena Solomatina isə bildirib ki, giləmeyvə yemək ürək-damar xəstəlikləri, demensiya, xərçəng, diabet və digər ciddi xəstəliklərin riskini azalda bilər. Xüsusilə tünd göy və tünd bənövşəyi giləmeyvələr – mavi, qaragilə və böyürtkən – yüksək miqdarda polifenol və antosiyanin ehtiva edərək iltihabı və zülal reaktivliyini azaldır.

Qeyd edək ki, susuzluq bəzi nadir xəstəliklərin də əlaməti ola bilər.

Tərcümə:  Nəzrin Abbas

E-saglam.az

Chosen
10
e-saglam.az

1Sources