EN

Ararat Mirzoyan Ukraynaya dəvət edildi

BAKI, 30 sentyabr. TELEQRAF

“Varşavada erməni həmkarım Ararat Mirzoyan ilə mənalı söhbətim oldu”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində yazıb.

“İkitərəfli gündəliyi, Cənubi Qafqazdakı vəziyyəti və son geosiyasi prosesləri müzakirə etdik, BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsinin yekunları ilə bağlı fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı razılığa gəldik və Avropada hərtərəfli, ədalətli və davamlı sülhün yaxınlaşması üçün birlikdə nə edə biləcəyimizi müzakirə etdik. Nazir Mirzoyanı Kiyevə səfərə dəvət etdim”, - diplomat bildirib.

Chosen
19
2
teleqraf.com

3Sources