EN

ABŞ-dən idxal edilən taxta və bəzi ağac məhsullarına rüsumlar tətbiq ediləcək

  ABŞ prezidenti Donald Tramp ABŞ-yə taxta və bəzi ağac məmulatlarının idxalına rüsumların tətbiqi barədə göstəriş verib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu, Ağ Evin dərc etdiyi sənədlərdə yer alıb.

Sənədlərdə ağac idxalına 10% rüsumun tətbiq ediləcəyi göstərilir. Mətbəx mebeli də daxil olmaqla, müəyyən növ mebellərə 25% rüsum tətbiq olunacaq. 

Yeni tədbirlər oktyabrın 14-dən qüvvəyə minəcək. 

2026-cı il yanvarın 1-dən sonra rüsumların artırılması nəzərdə tutulur. 

Qeyd edək ki, Vyetnam, Kanada, Çin və Meksika ABŞ-yə mebel ixrac edən əsas ölkələrdir.

Gülşən Şərif

Chosen
36
bakivaxti.az

1Sources