EN

Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri birinci oxunuşda qəbul edilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Bildirib ki, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət - 2025-ci il yanvarın 1-dən 6 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən azad edilməsi təklif edilir.

Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azad edilməsi təklif olunur.

“Gömrük tarifi haqqında” 20.0.20-ci maddəsində isə “10” rəqəminin “14” rəqəmi ilə əvəz edilməsi təklif olunur.

Müzakirələrdən sonra Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
10
azertag.az

10Sources