EN

Andrade: “Hamımız üçün vacib oyundur”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Qarabağ”ın futbolçusu Leandro Andrade Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi matçdan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:

– Baş məşqçimizin dediyi kimi, hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşı oyunumuzu meydanda göstərək. Stadionumuz gözəldir.

– Sabahkı matçla bağlı proqnozun necədir?

– “Kopenhagen” əla komandadır. Bura Çempionlar Liqasıdır. Hər komanda güclüdür. Əlimizdən gələnin ən yaxşısını edəcəyik və maksimumumuzu meydanda verəcəyik. Oyuna maksimum dərəcədə fokuslanacağıq.

– “Benfika” ilə matçdan əvvəl qol vuracağını hiss etdiyini demişdin. Sabah da qol vuracağını hiss edirsən?

– Mən oyuna daha çox fokuslanmışam. Sabah necə olacağını görəcəyik. Birlikdə mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Ən yaxşısını edəcəyimizə inanıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
4
futbolpress.az

7Sources