EN

Ayxan Abbasov: "Millidə işləmək böyük şərəfdir"

“Azərbaycan milli komandasında işləmək hər bir məşqçi üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən etimada görə AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
 
O bildirib ki, milli komanda hər birimizin qürurudur:
 
"İstər bizim, istərsə də futbolçularımızın üzərində böyük məsuliyyət var. Bir komanda kimi həm meydanda, həm də ondan kənarda ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bir yumruq kimi birləşərək, düzgün yanaşma və komanda ruhu ilə yaxşı nəticələr qazanmaq istəyirik. Azərbaycan azarkeşləri daim millinin yanında olublar. Onların dəstəyi bizim üçün böyük motivasiya mənbəyidir. Qarşıdakı matçlarda layiqli oyun göstərərək, gələcək üçün ümid verməyə çalışacağıq”.
 
Qeyd edək ki, A millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Fransa, 13-də isə Ukrayna yığması ilə səfərdə qarşılaşacaq.
 
Chosen
24
32
moderator.az

10Sources