EN

BP: "Azərbaycanda daha 30 illik fəaliyyət perspektivimiz var"

BP şirkətinin Azərbaycanda 30 illik fəaliyyəti var, qarşıdakı 30 ili də burada özünü görür.

FED.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.

Şirkət rəsmisi qeyd edib ki, BP artıq təxminən 30 ildir Azərbaycanda fəaliyyət göstərir və gələcəkdə də ölkə ilə uzunmüddətli tərəfdaşlığı davam etdirmək niyyətindədir. Lakin o, gələcək uğurun yalnız ənənəvi yanaşmalarla mümkün olmayacağını vurğulayıb:

"Əgər indiyə qədər işlədiyimiz kimi davam etsək, xüsusilə karbon izimiz və ətraf mühitə münasibətimiz baxımından əvvəlki qədər uğurlu ola bilmərik".

S. Şou bu kontekstdə "Şahdəniz" layihəsinin inkişafını xüsusi qeyd edib:

"Cari ilin əvvəlində "Şahdəniz" yatağında əməliyyatların dekarbonizasiyasını təsdiqlədik. Söhbət Xəzər dənizində tikiləcək böyük kompressor obyektindən gedir. Obyekt yalnız daha təhlükəsiz və səmərəli olmayacaq, həm də elektrifikasiya prinsipi ilə işləyəcək - yəni sahildən çəkiləcək kabellərlə qidalanacaq".

BP rəsmisi hesab edir ki, bu yanaşma şirkətin gələcək fəaliyyətinə yol açır:

"Tərəfdaşlıqlarımız və ətraf mühitə diqqətimiz təkcə mövcud əməliyyatlarımıza deyil, gələcək planlarımıza da tətbiq olunur. SOCAR və texnologiya tərəfdaşlarımızla əməkdaşlıq etməyimiz bunun bariz nümunəsidir". (Report)

Chosen
1
1
fed.az

2Sources