EN

Rəsmilər Cabir İmanovun vida mərasimində

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.

Modern.az-ın məlumatına görə, vida mərasimində dövlət rəsmiləri də iştirak edirlər.

Onların arasında xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər var.

Chosen
27
7
modern.az

9Sources