EN

Dünyanın məşhur stadionu sökülür

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtaliyanın ən böyük stadionu olan "San Siro" söküləcək.

Axar.az xəbər verir ki, bu barədə "La Gazetta Della Sport" məlumat yayıb.

Milan Şəhər Şurası 81 min yerlik arenanın sökülməsi hüququ əldə edib. Bu qərar növbəti iclasda səs çoxluğu ilə qəbul edilib - 24 seçici söküntünün lehinə, 20 seçici isə əleyhinə səs verib.

Qeyd olunur ki, "San Siro"nun yerində yeni stadion tikiləcək. Meydança 2032-ci ildə İtaliya və Türkiyədə eyni vaxtda keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək.

Xatırladaq ki, "San Siro" stadionu 1926-cı ildə açılıb. A Seriyasının klubları "Milan" və "İnter" ev oyunlarını burada keçirirlər. 2026-cı ildə Milan və Kortina d'Ampezzo şəhərlərində Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Fevralın 6-na planlaşdırılan açılış mərasimi bu stadionda baş tutacaq. Oyunlar fevralın 22-də başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
2
axar.az

3Sources