EN

Ağır qəza: Avtobus TIR-la toqquşdu - ölənlər var

İranda tibb fakültəsinin tələblərini aparan avtobus TIR-la toqquşaraq yoldan çıxıb. "Bakuinfo" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb. Bildirilib ki, yol-nəqliyyat hadisəsi Simnan əyalətindəki Simnan-Sorxe avtomagistral yolda baş verib. Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, sürücü də daxil olmaqla başqa sərnişinlər də xəsarət alıb. Ölənlərin 20 və 25 yaşlarında qadınlar olduğu vurğulanıb. Qeyd olunub ki, avtobusda ümumilikdə 11 qadın olub.

Chosen
16
1
bakuinfo.net

7Sources