Olaylar.az xəbər verir ki, bunu Bakıdakı Türkiyə səfirliyinin mətbuat attaşesi Alptekın Cihangir İşbilir bildirib.
Diplomatın sözlərinə görə, bu cür materialların əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərini zədələməkdir.
İşbilir vurğulayıb ki, "daxili və xarici qüvvələrin bu planlarına qarşı mübarizə aparılacaq".
Onun sözlərinə görə, qardaşlıq tellərini daha da möhkəmləndirmək lazımdır ki, heç kim Ankara ilə Bakının arasına girə bilməsin.
Türkiyə açıq şəkildə xəbərdarlıq edir ki, iki dövlətin birliyi təxribatlarla sarsıdılmayacaq.
Bu bəyanat, bölgədə siyasi gərginliyin fonunda "bir millət, iki dövlət" prinsipinin yenidən təsdiqi kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31