Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir.
“Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”, - deyə komitə sədri qeyd edib.