EN

Qətər XİN: Türkiyə Qəzza üzrə vasitəçilərin toplantısına qatılacaq

Türkiyə Qəzzada atəşkəslə bağlı İsrail və HƏMAS arasında dolayı danışıqlara rəhbərlik edən vasitəçilərin görüşünə qatılacaq.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında bildirib.

"Misir kəşfiyyatının rəhbəri dünən HƏMAS-ın danışıqlar nümayəndə heyəti ilə görüşdə iştirak edib. Bu gün Türkiyənin də iştirak edəcəyi daha bir görüş keçirəcəyik", - TASS onun sözlərindən sitat gətirib.

Bundan əvvəl Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 bəndlik planını dərc edib. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin planını qəbul etdiyini bəyan edib.

Chosen
9
4
ikisahil.az

6Sources