EN

Azad olunmuş ərazilərdə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Bakı. Trend:

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyiişğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlər üçün aktivməşğulluq tədbirlərini davam etdirir.

Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliməlumat yayıb.

Bildirilib ki, bu dəfə Ağdam, Xocalı, Laçın, Ağdərə rayonları vəŞuşa şəhərində daha 15 sakinə özünüməşğulluq proqramı çərçivəsindəmal və materiallar təqdim edilib.

Aktivlərin təqdim edilməsi tədbirində iştirak edən DövlətMəşğulluq Agentliyinin və Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin rəsmiləri proqram iştirakçıları ilə görüşüblər.Onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarınadair fikir mübadiləsi aparılıb.

Verilmiş aktivlər hesabına sakinlər qoyunçuluq, maldarlıqtəsərrüfatı, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadıngözəllik salonu, kiçik foto atelye və digər istiqamətlər üzrə kiçikbizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezidentİlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluqproqramı çərçivəsində qurduqları təsərrüfatlarını daimgenişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüşsakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarıqurulan şəxslərin sayı artıq 460-a çatıb.

Chosen
49
9
az.trend.az

10Sources