EN

“Yaşıl enerji məkanı” üzrə Tədbirlər Planı müzakirə olundu

BAKI, 30 sentyabr. TELEQRAF

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə keçirilmiş iclasda Strategiya layihəsinin “yaşıl enerji məkanı” məqsədi üzrə hazırlanmış “Tədbirlər Planı” müzakirə edilib.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun III iclası keçirilib.

Görüş çərçivəsində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” milli prioritetinə uyğun olaraq müəyyənləşdirilmiş 7 istiqamət üzrə 46 tədbir təklifləri və həmçinin enerji sektorunun inkişafı üzrə hədəf indikatorları barədə məlumatlar verilib. Bu tədbirlərin icra perspektivləri və maliyyələşmə imkanları nəzərdən keçirilib. “Tədbirlər Planı”nın müzakirəsinin davam etdirilməsi, maliyyə tələbatının əsaslandırılması və ekspertizası ilə bağlı işlərin tezliklə başa çatdırılması və yekun variantın Alt İşçi qrupunun oktyabr ayında keçiriləcək növbəti iclasına qədər təqdim olunması qərara alınıb.

Chosen
14
3
teleqraf.com

5Sources