EN

“2027 ci ilə qədər Zəngəzur dəhlizinin açılması gözlənilir” DEPUTAT

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Ermənistanın müstəqilliyindən əvvəl də Zəngəzur dəhlizi adlandırılan yol açıq olub və həmin yoldan həm Ermənistan, həm Azərbaycan, həm də digər daşınmalar üçün istifadə edilib. Bu gün isə artıq məlum məsələdir ki, ABŞ rəhbərliyi səviyyəsində bu layihəyə dəstək və zəmanət verilibsə, dəhlizin açılması mütləqdir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:

“Azərbaycan öz üzərinə düşən işləri demək olar ki, tamamlayıb və verilən anonslara görə, prosesin 2027-ci ilə qədər yekunlaşması gözlənilir. Həmin vaxta qədər Ermənistan da yolun çəkilməsi istiqamətində öhdəliklərini başa çatdırmalıdır.

Azərbaycan bu istiqamətdə investisiya qoyaraq layihəni cəmi bir il yarıma başa çatdırmağı bacarıbsa, Vaşinqtonun dəstəyi ilə Ermənistanın da maliyyə imkanlarının gücləndirilməsi mümkündür. Burada Çin və digər dövlətlərin də maraqlı tərəf kimi iştirak etməsi vacibdir. Əsas məsələ, şübhəsiz ki, maliyyənin ayrılmasına bağlıdır. Lazımi vəsait təmin olunduqdan sonra dəhlizin açılması labüddür”.

Arzu Nağıyev qeyd edib ki, siyasi ambisiyalar kənara qoyularsa, iqtisadi problemlərin həlli ilə yolun açılması mümkündür.

“Belə bir məqamda, 2026-cı ildə keçiriləcək seçkilərdə Paşinyanın yenidən qalib gəlməsi halında, çoxlarının istəmədiyi bu dəhliz məsələsi bir mənalı şəkildə reallaşa bilər. Çox güman ki, bu proses sülh müqaviləsinin imzalanması ilə də üst-üstə düşəcək”-deyə deputat əlavə edib.

Şəbnəm 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
icma.az

1Sources