EN

Ukraynadan XÜSUSİ ƏMƏLİYYAT: Krımda stansiya VURULDU, Kremldən ŞOK iki tələb - CANLI

“Odessa və Nikolayevdə (Ukraynanın vilayətləri – red.) öz taleyini Rusiya ilə bağlamaq istəyən çoxlu insan var, amma bu barədə danışmaq onlar üçün ölümcül təhlükəlidir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kremlin sözçüsü Ukraynanın işğal edilmiş Xerson vilayətindəki qondarma qurumun rəhbəri Volodimir Saldonun “Odessa və Nikolayevdə referendum keçirilsə, yerli sakinlərin yenidən Rusiyaya birləşməyə qərar verəcəyi” barədə sözlərini belə şərh edib: “Əlbəttə, Odessa və Nikolayevdə öz taleyini Rusiyaya bağlamaq istəyənlər çoxdur. İndi çətin ki, bu insanlar bunun lehinə səsini qaldıra bilsinlər. Bu, həyati təhlükə yaradır”.
Ukrayna ordusu Krımda Rusiyaya məxsus S-400 radiolokasiya stansiyasını məhv edib. Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. “Sentyabrın 30-da Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Krımda Rusiyanın “Triumf” hava hücumundan müdafiə sisteminin RLS-nə hücum PUA-ları ilə zərbələr endirib”, - məlumatda qeyd olunub.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Chosen
7
1
musavat.com

2Sources