“Səbail” heyətini yeni əcnəbi futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, I Liqada mübarizə aparan “dənizçilər” Paulo Rikardo (Paulinho) ilə anlaşıb. Son olaraq Mərakeşin “Raja Beni Mellal” klubunda çıxış etmiş 25 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Səbail” 3 turdan sonra 9 xalla “Şəfa” ilə birgə 1-2-ci yerləri bölüşür.