EN

"Trendyol" lokal bazarlarını özəlliklərini nəzərə alaraq biznesini genişləndirir

Bakı. Trend:

“Trendyol” müştərilərin etimadını qazanmaq və biznesini səmərəlişəkildə genişləndirmək üçün yerli bazarları diqqətlə araşdırır.

Trend xəbər verirki, bunu “Trendyol Group”un beynəlxalq genişlənmə üzrə rəhbəri İremÇağrı Yılandil PASHA Holding tərəfindən Bakıda təşkil olunan“INMerge Innovation Summit”də çıxışında deyib.

“Hazırda biz Səudiyyə Ərəbistanı və BƏƏ-də, Gürcüstan,Azərbaycan, eləcə də Rumıniya, Yunanıstan və Bolqarıstandafəaliyyət göstəririk. Rumıniyada onlayn pərakəndə satış ümumidövriyyənin 10–12 faizini təşkil edir – bu, təxminən beş il əvvəlTürkiyədəki göstəricilərə bənzəyir. Səudiyyə Ərəbistanında bu rəqəmtəxminən 9%, Mərkəzi Asiyada isə 5–7% arasındadır. Bu, böyükrəqəmsal uçurumu göstərsə də, eyni zamanda nəhəng inkişafpotensialından da xəbər verir”,- deyə o bildirib.

Yılandilin sözlərinə görə, “Trendyol”un qlobal oyunçulardan əsasfərqi onun beynəlmilləl strategiyadan imtina etməsidir.

“İnkişaf etməkdə olan ölkələrdə - o ölkələrdə ki, onlaynalış-veriş yalnız hər on alışdan birini təşkil edir -istehlakçıların etimadını qazanmaq xüsusi əhəmiyyət daşıyır. Buetimad tanışlıq və vərdiş yolu ilə formalaşır. Müştərilər“Trendyol”a daxil olanda özlərini evdəki kimi hiss etməlidirlər”, –deyə o vurğulayıb.

Məqalədə:
Chosen
94
az.trend.az

1Sources