EN

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Azərbaycan Milli Kitabxanasında olub

Bakı, 30 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli və Kral Fəhəd adına Milli Kitabxanın direktor müavini Feysal bin Abdulaziz əl-Hamoudi Azərbaycan Milli Kitabxanasının qonağı olublar.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovla görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhəd adına Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması, hər iki ölkənin Milli Kitabxanalarında ədəbiyyat guşələrinin yaradılması, beynəlxalq kitab sərgilərində və müxtəlif tədbirlərdə iştirak, qarşılıqlı əlaqələrin qurulması, inkişafı və genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Sonra Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonda Kərim Tahirov Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan” və “Bakı simfoniyası” kitablarını qonaqlara hədiyyə edib.

Chosen
25
2
azertag.az

3Sources