EN

“Məktəbli avtobusları” 11 məktəbdə tətbiq olunacaq Siyahı və qiymət

ain.az bildirir, Gununsesi portalına istinadən.

Oktyabrın 1-dən Bakıda “məktəbli avtobusları” layihəsinin icrasına başlanacaq. Layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə anews.az-ın sorğusuna cavab olaraq layihə rəhbəri bildirib.

Avtobus xidmətindən istifadə üçün aylıq abunə haqqı 100 manatdan başlayacaq və məsafəyə görə dəyişəcək. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Layihə çərçivəsində xidmət göstəriləcək məktəblər arasında Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
4
icma.az

7Sources