Tbilisi, 30 sentyabr, AZƏRTAC
Ermənilərin Qarabağa qayıdışının real olduğunu düşünmürəm. Bu çox riskli məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı bildirib.
O deyib: “İnsanlar tez-tez məndən ermənilərin Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar. Düzünü desəm, mən bunun real olduğunu düşünmürəm. Eyni zamanda, mən bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm”.
N.Paşinyanın sözlərinə görə, Qarabağdan gələn ermənilər Ermənistanda qalmalıdırlar və artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi