EN

Paşinyandan ŞOK AÇIQLAMA - 44 günlük müharibədən sonra İrəvanda...

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı bildirib ki, 2020-ci ildəki 44 günlük müharibədən dərhal sonra ölkədə yaranan dərin siyasi böhran fonunda demokratiyanı sarsıtmaq üçün bütün vasitələrdən istifadə olunub.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Paşinyanın iddiasına görə, “müəyyən mənada 44 günlük müharibə Ermənistanın dövlətçiliyinə və müstəqilliyinə qarşı yönəlmiş hibrid müharibənin bir hissəsi olub”.

Nikol Paşinyan qeyd edib ki, müharibə və onunla müşayiət olunan dezinformasiya anti-demokratik qüvvələrin hakimiyyəti ələ keçirmək üçün istifadə etdiyi əsas alətlər olub:

“Biz bildirdik ki, xalqdan alınmış hakimiyyəti heç kimə verə bilmərik, onu yalnız xalqa qaytara bilərik. 2021-ci ilin aprelində mən istefa verdim, nəticədə parlament buraxıldı və sərhəddə gərginlik, Ermənistanın suveren ərazilərinin işğalı və informasiya terrorizmi fonunda növbədənkənar parlament seçkiləri keçirildi. Heç kim inanmırdı ki, “Vətəndaş sazişi” partiyası yenidən xalqın etimadını qazanacaq. Amma məhz dinc “məxməri inqilab”a rəhbərlik edən siyasi qüvvə yenidən seçicilərin səsini qazandı və konstitusion çoxluq formalaşdırdı”.

Paşinyanın fikrincə, bunun baş verməsinin əsas səbəbi ermənilərin həmin seçkilərin Ermənistanda hakimiyyətin xalqda qalmasına zəmanət verdiyini anlaması olub.

Musavat.com

Chosen
22
1
musavat.com

10Sources