EN

Qəzza üzrə vasitəçilik iclasına bu ölkə də qatılacaq

Bu gün baş tutacaq Qəzza üzrə vasitəçilik iclasına Türkiyə də qatılacaq.

Publika.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bəyanat yayıb.

Onun sözlərinə görə, iclasın məqsədi bölgədə humanitar vəziyyətin sabitləşdirilməsi və atəşkəs istiqamətində diplomatik səylərin koordinasiyasıdır.

Qeyd edək ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın Qəzza danışıqları çərçivəsində Qətərə gedib.

Chosen
17
publika.az

1Sources