EN

Milli Məclis Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanatı - TAM MƏTN (YENİLƏNİB)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisipayız sessiyasının ilk iclasında 27 Sentyabr – Anım Gününün beşinciildönümü ilə əlaqədar bəyanat yayıb.

Trend bəyanatın tam mətninitəqdim edir:

“2020-ci il sentyabrın 27-də başlanmış və Azərbaycan SilahlıQüvvələrinin parlaq Qələbəsi ilə başa çatmış 44 günlük Vətənmüharibəsi milli tariximizin ən şərəfli səhifələrindən birinitəşkil edir. 30 illik işğala hərbi yolla son qoymaqla vədövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etməklə AzərbaycanRespublikası bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquqmexanizmlərinin işləmədiyi, dövlətlərə münasibətdə ikilistandartların hökm sürdüyü bir şəraitdə də uzaqgörən və müdrikdövlətçilik strategiyası, öz lideri ətrafında sıx birləşən xalqınqanuni maraqlarını müdafiə etmək naminə fədakarlığı ədaləti bərpaetməyə və tarixin gedişini dəyişdirməyə qadirdir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanİlham Əliyev Qələbənin əldə olunmasında həlledici rol oynamışdır.Onun irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının həyatakeçirilməsi nəticəsində müasir dövrün ən yüksək standartlarınacavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğmatorpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsilyetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanınişğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevinvəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanİlham Əliyevin strateji baxışı, cəsarəti, qətiyyəti və əzmkarlığı,sərkərdəlik məharəti döyüş meydanında uğurların təməlindədayanmışdır. Vətən müharibəsi Azərbaycan əsgərlərinin vəzabitlərinin kütləvi qəhrəmanlığına və fədakarlığına səhnəolmuşdur. Hərbi qulluqçular ən yüksək peşəkarlıq, mərdlik və Vətənəsədaqət nümayiş etdirmiş, öz borclarını şərəflə yerinə yetirərəkdoğma torpaqlarımızı işğaldan azad etmişlər. Onların bir çoxu“Vətən Müharibəsi Qəhrəmanı” adına və yüksək dövlət mükafatlarınalayiq görülmüşdür.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlıqüvvələri beynəlxalq hüququn normalarını və prinsiplərini, ocümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarınıkobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlərtörətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər,Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digəryaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağfosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibəcinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmiatılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətləyetirilmiş, 450-dən çox insan yaralanmışdır. Azərbaycan ərazisində12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər vəçoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyanvurulmuşdur.

Bu qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, AzərbaycanOrdusu beynəlxalq humanitar hüququn normalarına dönmədən əməletmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərinihədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərərvurulmasına yol verməmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin,əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasınaişğaldan azad edilmişdir. 2020-ci il noyabrın 10-u Ermənistanınkapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası günükimi tarixə həkk olunmuşdur.

İşğalçılara qarşı döyüş əməliyyatlarında həlak olmuş hərbiqulluqçuların, Ermənistanın dövlət terrorizmi aktları nəticəsindəşəhər və kəndlərdə qətlə yetirilmiş dinc insanların xatirəsinəehtiram əlaməti olaraq bu il sentyabrın 27-də ölkəmizdə “Anım Günü”beşinci dəfə qeyd edilmişdir. Vətən yolunda canından keçmişşəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına sonqoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər AliBaş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilənlokal antiterror əməliyyatı xalqımızın milli ruhunun yenilməzliyinibir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı vəfədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi,kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizinsuverenliyi onun bütün ərazisində bərpa edildi.

Bu gün Azərbaycan hökuməti azad edilmiş Qarabağın və ŞərqiZəngəzurun bərpasına dair geniş miqyaslı proqramlar həyata keçirir.Ərazilər minalardan təmizlənir, işğal dövründə vəhşicəsinədağıdılmış şəhər və kəndlər yenidən yaradılır, yollar, körpülər,tunellər, digər obyektlər inşa olunur, elektrik və su xətləriçəkilir. Bölgədə üç beynəlxalq hava limanı tikilib istifadəyəverilmişdir. “Yaşıl” energetikanın, innovativ infrastrukturungenişləndirilməsinə və ərazilərin dayanıqlı inkişafına xüsusidiqqət yetirilir. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ özyurdlarına qaytarılır. İndiyədək 50 mindən çox soydaşımız doğmatorpaqlarında yenidən dinc həyata başlamışdır.

44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan ərazibütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasındaErmənistanla dövlətlərarası münasibətlər qurulmasına hazır olduğunubəyan etmiş, sülhün bərqərar edilməsi üçün beynəlxalq hüquqaəsaslanan 5 təməl prinsip irəli sürmüşdür. Sülh sazişinin layihəsidə məhz Azərbaycan tərəfindən təqdim edilmişdir.

Bu il avqustun 8-də Vaşinqtonda, Ağ evdə Amerika BirləşmişŞtatlarının Prezidenti Donald Trampın şahidliyi ilə AzərbaycanRespublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirininBirgə Bəyannamə imzalaması, “Azərbaycan Respublikası və ErmənistanRespublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsisedilməsinə dair Saziş” layihəsinin paraflanması iki ölkə arasındamünaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaradır.Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaqZəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısınaçevrilmək potensialına malikdir.

Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə sülh sazişinin rəsmişəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərttəsbit edilmişdir. İlk nəticə kimi, Azərbaycan və Ermənistanınmüraciətinə əsasən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minskprosesi və əlaqəli strukturları ATƏT-in Nazirlər Şurasının qərarıilə ləğv edilmişdir. Digər şərt olan Ermənistan KonstitusiyasındaAzərbaycan Respublikasına qarşı ərazi iddialarının aradanqaldırılması ilə bağlı müvafiq dəyişikliklər edildikdən sonra isəiki ölkə arasında sülh sazişinin imzalanması yolunda heç bir maneəqalmayacaqdır.

Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirirki, şəhidlərimizin qanı və canı bahasına, əsgər və zabitlərimizinqəhrəmanlığı sayəsində Zəfər qazandığımız 44 günlük Vətənmüharibəsinin nailiyyətləri Azərbaycan xalqının bugünkü və gələcəknəsilləri üçün daim güc və ilham mənbəyi olacaq, xalqımız özliderinin ətrafında sıx birləşərək bölgədə güvənlik və inkişafındayağı olan güclü, ləyaqətli və ədalətli dövlətini möhkəmləndirməkyolunda yeni-yeni uğurlar qazanacaqdır”.

Chosen
16
9
az.trend.az

10Sources