EN

Türkiyədə zeytunluq qalmaqalı Müxalifət aksiya keçirdi FOTO

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin Muğla bölgəsində “Toprağımızı Vermirik Platforması”nın çağırışı ilə Zeytun bağları ərazilərində mədən fəaliyyətinə icazə verilməsini nəzərdə tutan qanuna etiraz məqsədilə mitinq keçirilib.

Bakupost.az -ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Muğlanın Menteşe rayonunda baş tutan mitinqə zeytunluqların mədənçilik fəaliyyətinə açılmasını nəzərdə tutan 7554 saylı qanuna etiraz etmək üçün Türkiyənin 30 vilayətindən gəlmiş kəndlilər qatılıb. Tədbirdə “Haqlarımızdan vaz keçmirik, torpağımızı vermirik” şüarı səsləndirilib.

Mitinqdə CHP sədri Özgür Özel, DEM sədri Tülay Hatimoğulları, EMEP sədri Seyit Aslan, TİP sözçüsü Sera Kadıgil, siyasi partiya nümayəndələri, ekoloqlar və vətəndaşlar iştirak edib.

Aksiyada Ali Məhkəməyə səslənən CHP lideri Özgür Özel ədalət gözlədiklərini bildirib.

Həmçinin mitinqdə Silivri həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun müraciəti oxunub.

Müraciətdə bildirilir ki, hakimiyyət Akbelendə də Konstitusiya və qanunları pozaraq, təzyiq və zor tətbiq edərək nəticə əldə etməyə çalışır. İçində insan və təbiət sevgisi olan, Allah qorxusu daşıyan heç kim meşələrin talan olunmasına, zeytunluqların məhv edilməsinə göz yuma bilməz.

Onun sözlərinə görə, mədən yatırımları Türkiyə üçün önəmlidir, lakin riskləri düzgün qiymətləndirilməmiş, geri dönüşü olmayan dağıntılar yaradan, vətəndaşlara ciddi şəkildə zərər verən yatırımlar yanlış və təhlükəlidir:

"2018-dən bəri 26 milyon kvadratmetr vətən torpağının meşə statusunu itirməsinə səbəb olanlar bunun əvəzini sandıqda və məhkəmə qarşısında ödəyəcək".

Muğla Böyükşəhər Bələdiyyə sədri Ahmet Aras isə çıxışında torpaqların xainlərə satılmaması barədə xəbərdarlıq edib:

“Muğla dünya mirasıdır və biz onu qoruyacağıq. Zeytun Anadolu torpaqlarının qoruyucusudur. Atalarımız bu torpaqlarda zeytun əkib, biz də onu qorumağa davam etməliyik”.

Bakupost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

1Sources