EN

Ekspert: Türkiyə rəsmiləri saxta xəbərlərə dərhal münasibət bildirməlidirlər

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Türkiyədə anti-Azərbaycan qüvvələri daim fəal olub

Azər Həsrət: “Türkiyə türkcəsində yazan və çıxış edən azərbaycanlıların sayı çox azdır”

Türkiyənin Bakıdakı səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan “fake-news”larla bağlı məsələyə münasibət bildirib.

Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə deyib ki, Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar.

“Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, - o qeyd edib.

Xatırladaq ki, son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a söyləyib ki, uzun illərdir qardaş Türkiyənin, o cümlədən media sektorunun fəaliyyətini yaxından izləyir:

"Təbiidir ki, müəyyən əlaqələrim də var. Üstəlik, çalışıram ki, Türkiyə türkcəsində də yazılar yazım, video müraciətlər yayımlayım. Bundan başqa, Türkiyənin "Milliyyət" qəzetində uzun müddətdir blogum var. Azərbaycanda Türkiyə ilə işləmə imkanı olan şəxslər səfərbər edilməlidir. Məsələn, ötən onilliklərdə saysız-hesabsız azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alıb, məzun olub və Azərbaycana qayıdıb. Bəziləri Türkiyədə qalıb, bəziləri başqa ölkələrə gedib. Təəssüf ki, bu minlərlə məzun arasında Türkiyə türkcəsində yaza bilənlərin sayı barmaqla sayılacaq qədərdir. Çox az adam var ki, Türkiyə televiziya kanallarına çıxır və ya türkcədə yazılar dərc etdirir. Doğrudanmı, bu qədər məzun arasında Türkiyə türkcəsində yazacaq, danışacaq adamlar yoxdur? Əgər varsa, niyə görünmürlər? Onlar Türkiyədə necə oxuyublar ki, bir cümlə türkcə yaza bilmirlər?  Türkiyədə anti-Azərbaycan qüvvələri həmişə fəal olublar. Bunların bir ucu Tehrana, bir ucu Moskvaya, bir ucu da ermənilərə bağlıdır. Bundan əlavə, qeyri-ənənəvi cərəyanlara bağlı qüvvələr də mövcuddur. Onlar heç vaxt boş durmurlar və Azərbaycana, bütövlükdə türk dövlətlərinə qarşı kampaniyalar aparırlar. Məqsəd isə Türk birliyini pozmaqdır".

Analitik Belə kampaniyalar zamanı ilk növbədə Türkiyə rəsmiləri gecikmədən münasibət bildirməlidir:

"Açıqlamalar verilməlidir ki, aparılan bu kampaniyalar Türkiyə dövlət siyasətinə ziddir, biz qardaş Azərbaycanla münasibətlərimizi yüksək qiymətləndiririk və s. Azərbaycanda da Türkiyəyə qarşı kampaniya aparan ünsürlər var. Bizim media agentliyi mütləq münasibət bildirir, Mətbuat Şurası da eyni qaydada. Azərbaycan dövləti də özünün rəsmi televiziya kanalı və digər media vasitəsilə Türkiyəyə mesaj ötürür ki, anti-Türkiyə qüvvələrinin fəaliyyəti dövlət mövqeyini əks etdirmir. Bu, birinci vəzifədir. İkinci vəzifə isə sosial şəbəkələrdən çox istifadə edən insanların bu ünsürlərin tələsinə düşməməsidir. Türkiyədə atasını-anasını tanımayan bir adam çıxıb Azərbaycana dil uzadır, buradakı bəzi adamlar isə onu tirajlayıb başlayırlar yaymağa: guya Türkiyə bizi təhqir etdi, düşmən gördü. Bu, tamamilə yanlışdır. Unutmayaq ki, meşə çaqqalsız olmaz. Necə ki, Azərbaycanda var, eləcə də Türkiyədə də belə ünsürlər mövcuddur. Ona görə də dövlət öz mövqeyini vaxtında bildirməlidir.

Əks halda, görürük ki, bəzi ictimai-siyasi fəallar susur, yaxud da əksinə – Azərbaycanda anti-Türkiyə kampaniyası aparır. Onların cavabı isə mütləq verilməlidir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
sherg.az

2Sources