EN

"Qarabağ"a hörmət edirik" - "Kopenhagen"in baş məşqçisi

"Kopenhagen" komandası "Qarabağ"a hörmət edir.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Danimarkanın "Kopenhagen" komandasının baş məşqçisi Yakob Neestrup Bakıda mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu bəhanə deyil. Normaldır. Məqsədimiz qələbə qazanmaqdır. Rəqibimizə hörmət edirik. Çempionlar Liqasındakı bütün komandalar güclüdür. "Qarabağ" avrokuboklarda mütəmadi çıxış edir. Onların hücum xəttində yaxşı oyunçular var. Səyahətimiz yaxşı keçib və sabahkı matça tam hazırıq".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Chosen
24
12
manset.az

10Sources