EN

Yakob Neestrup: Qarabağ a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bizim üçün ot örtüyünün keyfiyyətindən asılı olmayaraq məqsədimiz qalib gəlməkdir".

Oxu.Az xəbər verir ki, bunu "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

O bildirib ki, stadionun ot örtüyü ideal deyil.

"Stadionun ot örtüyü daha yaxşı ola bilərdi. Biz bunu bəhanə etmək istəmirik. Sabah qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Murad Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
oxu.az

2Sources