EN

"Türkiyə - Azərbaycan əlaqələrini pozmaq istəyənlər var"

Türkiyənin Bakıdakı səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib.

Milli.az xəbər verir ki, Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə bu barədə danışıb.

O deyib ki, Səfirlik Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışır:

"Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrə mübarizə aparılmalıdır. Bir-birimizə daha çox bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik", - o qeyd edib.

Milli.Az

Chosen
25
14
milli.az

10Sources