EN

"Qarabağ"la sabahkı matça tam hazırıq" - "Kopenhagen"in baş məşqçisi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup Bakıda media mənsubları önünə çıxıb.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb.

"Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu bəhanə deyil. Məqsədimiz qələbə qazanmaqdır. Rəqibimizə hörmət edirik. Çempionlar Liqasındakı bütün komandalar güclüdür. "Qarabağ" avrokuboklarda müntəzəm çıxış edir. Rəqibin hücum xəttində yaxşı oyunçular var. Səyahətimiz yaxşı keçib və "Qarabağ"la sabahkı matça tam hazırıq".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçının start fiti 20:45-də səsləndiriləcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Chosen
27
12
fanat.az

10Sources