EN

ADSEA və KOBİA birgə tədbir keçiriblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



30 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəhbərliyinin vətəndaşlar və sahibkarlarla növbəti görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində "KOB-ların yaşıl keçidi: Su resurslarının səmərəli istifadəsi, KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamənin, "Su həyatdır" layihəsinin, ADSEA tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə hazırlanmış kitabçanın, qaydalar və qoşulma prosesləri barədə video-rolikin təqdimatı həyata keçirilib. Tədbirdə həmçinin kənd təsərrüfatında fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə, Su şəbəkəsinə qoşulmalar üzrə cari dövrün hesabatları, ADSEA tərəfindən göstərilən xidmətlərin KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqi üsulları təqdim olunub.
Tədbiri giriş sözü ilə ADSEA sədrinin müavini İlham Bayramov, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov hər bir qurumun su təchizatına qoşulma istiqamətləri üzrə fəaliyyətləri barədə çıxış ediblər.
KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev su resurslarının səmərəli istifadəsi və KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməni, "SmartNation" İnsan İnkişafı platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova "Su həyatdır" layihəsini, "İrrigaton.az" platformasının təsisçisi Fuad İbadov kənd təsərrüfatında fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə fiikirlərini, ADSEA-nın Texniki şərtlərin hazırlanması və abonentlərlə işin təşkili şöbəsinin müdiri Yusif Əhədi su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin Strateji inkişaf sektorunun müdiri Nicat Əhmədli su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin müdiri Vüqar Bayramov ADSEA tərəfindən göstərilən xidmətlərin KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqini, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin "ASAN Xidmət" və KOB Evləri ilə işin təşkili və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrafilov ADSEA tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə hazırlanmış kitabçanı, xidmətin İctimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri Ceyhun Musayev qaydalar və qoşulma prosesləri barədə videoroliki təqdim ediblər.
ADSEA-nın məsul vəzifəli şəxsləri, KOBİA-nın məsul vəzifəli şəxsləri, "Caspian Energy Club"ın əməkdaşları, sahibkarlar, qeyri-hökümət təşkilatları və media nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Chosen
31
13
oxu.az

10Sources