EN

Nəfəs ərə gedib?

Müğənni Nəfəs gizli nikah və hamiləlik iddialarına aydınlıq gətirib.

Publika.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə onun gizli şəkildə ailə həyatı qurduğu və hamilə olduğu barədə iddialar yayılıb.

Müğənni özü məsələyə münasibət bildirib.

İfaçı yayılan xəbərləri təəccüblə qarşıladığını deyib və bu iddiaları qəti şəkildə təkzib edib:

"Haqqımda yazılanların əsası yoxdur. Nə gizli evlənmişəm, nə də hamiləlik söhbəti doğrudur. Bunlar sadəcə şayiədir. Şəxsi həyatımla bağlı nəsə olsa, bunu gizlətmərəm".

Chosen
23
7
publika.az

8Sources