EN

Lukaşenko Zelenskinin "qoca" atmacasına belə CAVAB VERDİ

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Vladimir Zelenskinin yaşı ilə bağlı dediklərinə cavab verib və bunları cəfəngiyyat adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Siz öz ölkənizin iqtisadiyyatında generalsınız. Oğlum hesab etdiyim həmkarım Volodya Zelenskinin bu yaxınlarda dediyi kimi, mən artıq qoca kişiyəm. Guya Rusiya prezidenti Vladimir Putin və mən qoca adamlarıq, başqalarının zərərinə hardasa künc-bucaqda pıçıldaşırıq. Tamamilə cəfəngiyyatdır", - deyə Lukaşenko bildirib.

Qeyd edək ki, Zelenski sentyabrın 29-da mübahisəli bəyanatla çıxış edib. O, həmçinin Belarus prezidentini Ukraynadakı münaqişənin həlli ilə bağlı söylədiyi fikirlərə görə tənqid edib, Minsk təmsilçisinin “öz dünyasında” yaşadığını iddia edib.

Sentyabrın 26-da Lukaşenko bəyan edib ki, o, Vladimir Putindən Ukraynaya münaqişənin həlli ilə bağlı “çox yaxşı” təklif öyrənib. Siyasətçi bildirib ki, bu təklifi Alyaska sammiti zamanı ABŞ prezidenti Donald Tramp da eşidib.

Chosen
30
8
publika.az

9Sources