EN

Prezident AYNA-ya yeni səlahiyyətlər verdi

Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Nizamnaməsində dəyişiklik edib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı İlham Əliyev yeni Fərman imzalayıb.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində və Naxçıvanda nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının), habelə Bakı şəhərinin inzibati ərazisində mühafizə olunan duracaqların yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansındakı mühafizə olunan duracaqları və avtomobil duracaqlarını (qarajlarını) idarə etmək Agentliyin vəzifəsi kimi müəyyən edilib.

Nazirlər Kabineti və Nazirlik fərmandan irəli gələn məsələləri həll etməlidir.

"Cebheinfo.az"

Chosen
11
25
cebheinfo.az

10Sources