EN

“Kopenhagen”in baş məşqçisi: “Qarabağ”a hörmətlə yanaşırıq

Stadionun ot örtüyü daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, bizim vəzifəmiz qələbə qazanmaqdır.

Apasport.az xəbər verir ki, bu barədə Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Yakob Neestrup “Qarabağ”la matçdan öncə Bakıda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, stadionun ot örtüyünün vəziyyəti ideal olmasa da, normaldır: “Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq”.

Yakob Neestrup “Qarabağ”a hörmətlə yanaşdıqlarını qeyd edib: “Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki komanda üçün bərabərdir. Onlar bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferensvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var”.

Qeyd edək ki, UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində sabah 20:45-də Bakıda Tofiq Bəhramov adına stadionda "Qarabağ" “Kopenhagen”lə üz-üzə gələcək.

Chosen
28
8
apa.az

10Sources